Azərbaycan daha bir cüdoçusu Avstriyanın Linz şəhərində keçirilən qran-pridə gümüş medal qazanıb.

Rekord.az xəbər verir ki, ikinci yarış günündə oxşar uğuru Rəşid Məmmədəliyev də təkrarlayıb.

73 kq çəki dərəcəsində çıxış edən idmançımız gərgin keçən final görüşündə İsraildən olan Tohar Butbulla üz-üzə gəlib. Qarşılaşma 13 dəqiqədən çox çəkib. Məmmədəliyev qızıl xal bölümündə cərimə xalına görə uduzub.

Eyni çəkidəki Nurlan Osmanov və 81 kq-dakı Zelim Tçkayev mübarizəni dayandırıblar.

Xatırladaq ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanmışdı.