Qran-prinin son günündə daha bir medal şansı
- 10 Mar 2024 14:20
- 209
Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə qran-priyə bu gün yekun vurulacaq.
Rekord.az xəbər verir ki, son gündə Azərbaycanın bir idmançısı mübarizə aparacaq.
+100 kq dərəcəsində Camal Qamzatxanov medallar uğrunda yarışacaq. O, 1/16 finalda qvineyalı Mustafa Fofananı sınağa çəkəcək.
İlk iki gündə Azərbaycanın 4 cüdoçusu çıxış edib. Onlardan yalnız gümüş medal qazanan Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsüyə qalxıb.