İspaniya lubokunun 1/4 final mərhələsinin ev oyunu zamanı "Qranada"nın futbolçusu Roberto Soldado ilə "Barselona"nın baş məşqçisi Ronald Kuman arasında münaqişə baş verib.

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, 36 yaşlı hücumçu niderlandlı mütəxəssisin qələbə sevinci zamanı etdiyi hərəkətə əsəbiləşib.

İspan futbolçu Kumanın qələbəni qeyd etməsinə baxaraq deyib: "Sən klounsan, eyni zamanda axmaqsan".

Qeyd edək ki, Soldado "Barselona" ilə matçda 2 qol vursa da, yekun nəticədə Kataloniya təmsilçisi  5:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.