Qriqorçuk Belarus çempionu oldu
- 29 Noy 2020 13:00
- 532
Futbol üzrə Belarus çempionatında 2020-ci il mövsümü başa çatıb.
Rekord.az xəbər verir ki, çempion bu gün keçirilən sonuncu tur matçlarının ardından müəyyənləşib.
Lider BATE Minskdə “Dinamo” ilə qolsuz bərabərə qalaraq qızıl medal şansını əldən verib. Əsas rəqibinin büdrəməsindən məharətlə yararlanan “Şaxtyor” isə doğma arenasında “Minsk” üzərində dramatik qələbə qazanıb – 4:2. Belə ki, Soliqorsk təmsilçisi son 2 qolu əlavə olunmuş dəqiqələrdə vurub. Beləcə, sözügedən komanda 59 xalla liderliyi və ölkə çempionluğunu təmin edib. BATE 58 xalla ikinci, 56 xala malik “Jodino” üçüncü olub.
"Şaxtyor” tarixində ikinci dəfə Belarus çempionu olub. Komanda ilk dəfə 2005-ci ildə qızıl medallara yiyələnib.
Onu da bildirək ki, "Şaxtyor"un baş məşqçisi postunda cari mövsümün gedişində "Qəbələ"nin sabiq çalışdırıcısı Roman Qriqorçuk keçib. 55 yaşlı ukraynalı mütəxəssis 2018-ci ildə Azərbaycandan gedəndən sonra, burda qazana bilmədiyi ölkə çempionluğunu Qazaxıstanda da - "Astana"yla qazanmışdı.