"Neftçi"nin yeni baş məşqçisi Roman Qriqorçuk müqavilə imzalamamışdan öncə klub rəhbərliyi ilə gələcə hədəflər barədə  geniş söhbət eləyib.

Rekord.az-a daxil olan məlumata görə, ukraynalı məşqçi ilk mövsüm üçün ondan çempionluq tələb edilməməsini istəyib.

Təcrübəli məşqçinin əsas hədəfi ilk mövsümdə komandanın onurğasını formalaşdırmaq, ciddi məqsədlər üçün oynamağa layiq kollektiv formalaşdırmaqdı. Təbii ki, komanda qızıl medallar uğurunda oynayacaq, amma "bu mövsüm mütləq çempion olmalısan" tələbi olmayacaq. Növbəti mövsümdə isə artıq çempionluq konkret hədəf kimi qoyulacaq.