“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri müəyyənləşib.

Rekord.az xəbər verir ki, 55 yaşlı ukraynalı mütəxəssis Belarusun “Şaxtyor” (Soliqorsk) klubunun baş məşqçisi təyin olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmır. Amma Qriqorçukun rəhbərlik etdiyi məşqçilər korpusunda Andrey Qluşenko (qapıçılar üzrə məşqçi), Anatoli Korotya (məşqçi-analitik) və Mixail Savkanın (məşqçi) yer alacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Qriqorçukun son iş yeri Qazaxıstan “Astana”sı olub. O, 2015-2018-ci illər aralığında “Qəbələ”ni çalışdırıb.