"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk komandaya Ukraynadan qapıçı gətirmək istəyir.

Rekord.az-a daxil olan məlumata görə, Brikiç və Aqil Məmmədovun gedişindən sonra klub gənc qapıçı Rza Cəfərlinin ümidinə qalıb.

Ukraynalı məşqçi isə yeni mövsümə təcrübəli qapıçı ilə başlamaq istəyir. Ukraynadan tanıdığı bir neçə qapıçı ilə ilkin danışıq da aparıb. Sadəcə, rəhbərliyin bu transfer üçün nə qədər büdcə ayıra biləcəyini müzakirə etmək lazımdı.