"Barselona"nın futbolçusu Antuan Qrizmann klubdan ayrılmaq niyyətində deyil.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu komandada özünü yaxşı hiss edir. Bu səbəbdən də fransalı oyunçu Kataloniya klubundan ayrılmaq istəmir. Onun La Liqa təmsilçisi ilə hələ 3 illik müqaviləsi var.

"Barselona" isə Qrizmannı bu yay komandadan göndərə biləcəyini futbolçular siyahısında görür.

Qeyd edək ki, Qrizmann bu mövsüm La Liqada 26 matçda 8 qol vurub və 6 qolun ötürməsini verib.