"Barselona"nın futbolçusu Antuan Qrizmann sabiq klubu "Atletiko"ya qayıtmayacaq.

Rekord.az xəbər verir ki, bu barədə "El Chiringiuto" məlumat yayıb.

"Barselona" 30 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfdən yüksək məbləğ tələb edir. Lakin Madrid təmsilçisi bu məbləği ödəməyə hazır deyil. "Atletiko" Qrizmannın transferi üçün öz futbolçularından birini Kataloniya klubuna vermək istəyir. Bu şərtlərlə fransalı oyunçunun keçmiş klubuna qayıtmaq ehtimalı azdır.

Qeyd edək ki, Qrizmann 2019-cu ildən "Barselona2da oynayır. O, 2014-2019-cu illərdə "Atletiko"da çıxış edib.