Qrizmann Platiniyə çatdı
- 08 Sen 2021 19:00
- 515
DÇ-2022-nin seçmə mərhələsində Finlandiyanı məğlub edən Fransa milli komandasının futbolçusu Antuan Qrizmann yığmanın tarixinə düşüb.
Rekord.az xəbər verir ki, 2:0 hesabıyla bitən görüşdə dubl edən hücumçu millidəki qollarının sayını 41-ə çatdırıb. O, bu göstəricidə Mişel Platiniyə çatıb.
Fransa millisinin tarixində ən çox qol vuran futbolçu Tyerri Anridir. Sabiq hücumçu yığmada 51 qola imza atıb.