Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Rekord.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbirə Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 32 komanda püşklə 8 qrupa bölünəcək. Qonşu Türkiyə çempionu “Başakşəhər”in də qrupdakı rəqibləri bilinəcək.

Püşkdən öncə komandalar 4 səbətə bölünüb. Çempionlar Liqası və Avropa Liqasının son qalibləri, həmçinin ən reytinqli 6 liqanın çempionu 1-ci səbətdə yer alıb. Digər 24 komanda reytinqinə görə səbətlərə bölünüb.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

1-ci səbət
“Bavariya” (Almaniya)
“Sevilya” (İspaniya)
“Real” (İspaniya)
“Liverpul” (İngiltərə)
“Yuventus” (İtaliya)
PSJ (Fransa)
“Zenit” (Rusiya)
“Porto” (Portuqaliya)

2-ci səbət
“Barselona” (İspaniya)
“Atletiko” (İspaniya)
“Mançester Yunayted” (İngiltərə)
“Mançester Siti” (İngiltərə)
“Şaxtyor” (Ukrayna)
“Borussiya” (Dortmund, Almaniya)
“Çelsi” (İngiltərə)
“Ayaks” (Niderland)

3-cü səbət
“Dinamo” (Kiyev, Ukrayna)
“Zalsburq” (Avstriya)
“Leypsiq” (Almaniya)
“İnter” (İtaliya)
“Olimpiakos” (Yunanıstan)
“Latsio” (İtaliya)
“Krasnodar” (Rusiya)
“Atalanta” (İtaliya)

4-cü səbət
“Lokomotiv” (Rusiya)
“Olimpik” (Marsel, Fransa)
“Brügge” (Belçika)
“Borussiya” (Münhenqladbax, Almaniya)
“Başakşəhər” (Türkiyə)
“Midtyulland” (Danimarka)
“Renn” (Fransa)
“Ferentsvaroş” (Macarıstan)

Qeyd edək ki, qrup mərhələsində 1-ci tur 20/21 oktyabr, 2-ci tur 27/28 oktyabr, 3-cü tur 3/4 noyabr, 4-cü tur 24/25 noyabr, 5-ci tur 1/2 dekabr, 6-cı tur isə 8/9 dekabrda keçiriləcək.