Quba stadionu niyə istifadəsiz qalıb?
- 11 Sen 2023 11:00
- 1538
Quba Olimpiya İdman Kompleksi yenidən qurulandan sonra simasını xeyli dəyişib. Bir sıra yeniliklər edilib, kompleksin tərkibində olan stadion da gözəl görkəm alıb. Maraq üçün deyək ki, hətta ölkə başçısı İlham Əliyevlə, birinci vitse-prezidenti Mehriban Əliyeva da Qusara səfərləri zamanı sözügedən kompleksə baş çəkib görülən işlərlə şəxsən tanış olmuşdular. Hazırda kompleksdə son durum necədir, niyə hələ də istifadəyə verilmir, kifayət qədər maraq doğuran məsələdir.
Rekord.az-a daxil olan məlumata görə, yenilənən kompleksin rəsmi açılışı olmasa da, kompleks sentyabrın 1-dən yenidən istifadəyə verilib.
Lakin bir məsələ var ki, qiymətlərin həddindən artıq yüksək olması, sadə insanlara ciddi problem yaradır. Məsələn, yerli futbol məşqçiləri, uşaq komandaları məşq üçün komplekdə üz tutanda məlum olub ki, komplekdin nəzdində olan mini futbol meydançasında məşq üçün aylıq 800 manat icarı vermək lazımdır. Bu məbləğ isə qətiyyən əlverilşi deyil. AFFA-dan, yaxud gənclər-idman idarəsindən, təhsil nazirliyindən aldığı quru maaşla pulsuz qrupda məşq keçən məçqçi 800 manatı hardan alıb icarəyə versin? Yaxud deyək ki, hansısa məşqçi 20-30 uşaqla pullu məşq keçmək istəyir. Bu məşqçi uşaqlardan aylıq nə qədər pul toplamalıdır ki, həm stadionun icarə haqqını versin, həm də özünə 3-5 manat pul qalsın ki, o pulla ailəsini dolandırsın. Bu, tək futbolla bağlı problemdir. Əldə etdiyimiz məlumata görə, digər xidmətlərin də xidmət haqqı bölgə qiymətləri ilə müqayisədə çox yüksəkdir. Məhz bu səbəblərdən o boyda stadion faktiki istifadəsiz qalıb.