Quba Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun təşkilatçılığı ilə gənc qızlar arasında "İdman hamı üçün" layihəsi çərçivəsində basketbol idman növü üzrə kütləvi idman tədbiri keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd basketbol idman növünün və sağlam həyat tərzinin təbliği, idmanın kütləviliyinin artırılması, gənc qızların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, həmçinin asudə vaxtın səmərəli təşkil olunmasıdır.