Qubada bu cür stadion istifadəsiz qalıb EKSKLÜZİV FOTOLAR
- 06 Noy 2023 14:00
- 2823
Quba Olimpiya İdman Kompleksinin nəzdində olan "Quba Arena" stadionu hazırda ölkədə futbol oynamaq üçün yaxşı şəraitin olduğu azsaylı stadionlardandır.
Rekord.az xəbər verir ki, stadion bir neçə il öncə əsaslı təmir olunaraq əla vəziyyətə gətirilib.
Hətta ölkə başçısı İlham Əliyevlə, 1-ci vitse-prezident Mehriban Əliyeva da arenaya baş çəkib görülən işlərlə şəxsən tanış olmuşlar. Lakin təəssüf ki, bu cür stadion illərdi boş qalıb. Qubanın hətta "Region Liqası"nda da komandası yoxdur. Nədənsə ölkə kuboku üçün məkan seçiləndə də Quba stadionu yada düşmür. Qonşu Qusarın komandaları da icarə haqqının yüksək olduğunu əsas gətirib ev oyunlarını Qubada keçirmirlər. Nəticədə bu cür stadion futbolsuz qalıb.