
Qubada futbol üzrə nümunəvi çıxışlar
- 11 Dek 2023 17:21
- 228
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində "İdman hamı üçün" layihəsi çərçivəsində futbol idman növü üzrə nümunəvi çıxışlar keçirilib.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd futbol idman növünə uşaq və yeniyetmələrin marağının artırılması, idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.