Quba Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində güləş idman növü üzrə kütləvi idman tədbiri keçirilmişdir.

Rekord.az xəbər verir ki, idman tədbirinin təşkilində əsas məqsəd əhali arasında bədən tərbiyəsi və idmana marağın artırılması, güləş idman növünün tanıdılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.