Qubada keçirilən “İdman festivalı-2023” davam edir. Festivalın ikinci günündə də idmançılar üçün əyləncəli-maarifləndirici tədbirlər təşkil olunub. Müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı və digər fəaliyyətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Günün sonunda isə gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində tonqal ətrafında festival iştirakçıları ilə görüşüb. Ağır atletika üzrə dəfələrlə Azərbaycan çempionu və gənclər arasında Avropa çempionu Rüstəm İmanzadənin də iştirak etdiyi görüşdə idmançılarla səmimi söhbət edən nazir onlarla yaxından tanış olub və suallarını cavablandırıb. Görüşdə nazir müavini Mariana Vasileva, Vətən müharibəsi iştirakçıları, qazilər və hərbçilər də iştirak ediblər. Sonda Festivalda hərbçilərin maraqlı nümayişi baş tutub.