Qubada kamandan oxatma üzrə nümunəvi çıxışlar
- 20 İyl 2024 21:12
- 214
Quba Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşlilatçılığı ilə “Quba - İdman Paytaxtı 2024” çərçivəsində gənc könüllülər üçün kamandan oxatma idman növü üzrə nümunəvi çıxışlar təşkil olunmuşdur.
Rekord.az xəbər verir ki, tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Azərbaycan Kamandan Oxatma Federasiyasının məşqçisi Fuad Allahverdiyev oxçuluğun tarixindən söz açmış, kamandan oxatma üzrə keçirilmiş respublika, beynəlxalq səviyyəli yarışlarda idamnçılarımızın əldə etdiyi nailiyyətləri iştirakçıların nəzərinə çatdırmışlar.
Sonda məşqçi idmançıların iştirakı ilə kamandan oxatmanın qaydalarını əyani şəkildə nümayiş etdirmişdir.
Qeyd edək ki, 18 iyul 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək Quba Olimpiya İdman Kompleksində “Quba - İdman Paytaxtı 2024” çərçivəsində və Paris 2024 XXXIII Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə kamandan oxatma komandasının təlim-məşqləri keçirirlir.