Qubada sambo üzrə nümunəvi çıxışlar olub
- 17 Sen 2023 12:40
- 356
"Şahdağ-Quba” İdman Klubunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində sambo idman növü üzrə nümunəvi çıxışlar nümayiş olunmuşdur.
Rekord.az xəbər verir ki, tədbirdə 40-a yaxın idmançı iştirak etmişdir.
Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsi, rayonda idmanın kütləviliyinə nail olunması və perspektivli idmançıların aşkar edilməsidir.