Quba Olimpiya İdman Kompleksində Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının, Azərbaycan Uşu Federasiyasının və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Quba - İdman Paytaxtı 2024” çərçivəsində uşu idman növü üzrə açıq seminar keçirilmişdir.

Rekord.az xəbər verir ki, seminara uşu idman növü üzrə 6-cı dan sahibi Azər Həsənsoy rəhbərlik etmişdir.

Seminarın açılışında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy, yığma komandanın məşqçiləri və idmançılar iştirak etmişdir.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.