Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Velosiped Federasiyasının və Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə Quba şəhəri Molla Pənah Vaqif küçəsindən Quba Şəhidlər Xiyabanınadək 8 noyabr - Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilmişdir.

Rekord.az xəbər verir ki, yürüşün sonunda Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülmüşdür.