Cəbrayıllıların ardından qubadlılar da öz komandalarını yaratmaq istəyinə düşüb.

 

Rekord.az xəbər verir ki, “Həkəri”nin yenidən bərpasından söhbət gedir.

 

Ancaq bunun üçün Qubadlı icra hakimiyyətinin dəstəyi lazımdır. Bu mənada təsisçilər növbəti həftələrdə rayon rəhbərliyi ilə görüşmək istəyir.

 

Qeyd edək ki, “Həkəri” 2003-cü ildə Həvəskarlar Liqasında ölkə çempionu adını qazanıb. 2011-cu ildə I Divizionda mübarizə aparsa da maliyyə çətinliyi ucbatından 7 turdan sonra çıxışlarını dayandırmışdı.