Quliyev üçün 90 dəqiqə və 3 xal
- 13 Okt 2019 13:30
- 911
Futbol üzrə Litva 1-ci liqasında 28-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi “Jonava” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Banqa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Kamran da bu matçın iştirakçısı olub. Cari mövsümdə 10 qol vuran futbolçumuz start heyətində meydana çıxıb, sonadək mübarizə apardığı qarşılaşmada fərqlənə bilməyib. Əvəzində o, 83-cü dəqiqədə aldığı sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.
“Jonava” hazırda 40 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.