Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ural”la qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Bu, sonuncu pillədə qərarlaşmış “Ural”ın cari mövsümdəki ilk qələbəsidir.

Zədəli olan Quliyev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Arsenal” geridə qalan 9 turda 8 xal toplayıb və 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.