Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rostov”la qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.

Quliyev də bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.

“Arsenal” geridə qalan 12 turda 12 xal toplayıb və 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.