Futbol üzrə Litva 1-ci liqasında 30-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi “Jonava” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Nevejis”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə 10 qol vuran futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Jonava” hazırda 40 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.