
“Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm” - Azər Bağırov
- 20:00
- 47
"Kəpəz" Misli Premyer Liqasının 27-ci turu çərçivəsində Tovuz şəhər stadionunda "Qarabağ"la 0:0 hesablı heç-heçə edib.
Rekord.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bütün azarkeşlərimizə təşəkkür edirəm. 1 xal da bizim üçün qənimətdir. "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Normal oyun getdi. Uduza da bilərdik. "Qarabağ"a qarşı əks-hücumda oynamağa məcbursan.
- Qurban Qurbanov dedi ki, meydança sulanmayıb. Bu fikirlə razısız?
- Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm. Dediyində həqiqət var.
- Ev matçlarınızın erkən saatlarda olması işığa qənaət etmək üçündür?
- "Kəpəz"də heç nəyə qənaət olunmur. Məşqçinin bütün istəkləri yerinə yetirilir. PFL oyunu hansı saata salsa, oynamağa hazırıq.
- Komandanın içində olan problemləri tapa bildiz?
Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. İçəridə olan problemləri özümüz müzakirə edirik. Həmin problemlər tapılıb. Bugünkü oyun da bunun nəticəsidir. (Sportal)