AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2024-cü il aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. 

"Rekord.az" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Nəzərəçarpan məqamlardan Rövşən Nəcəfin prezidentliyə yeganə namizəd, Qurban Qurbanovun isə vaxtilə üzvü olduğu İK-ya qayıdışıdır. 

 

AFFA-nın məlumatı aşağıdakı kimidir: 


Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Hesabat-Seçki Konfransının keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Qeyd olunmuş müddət başa çatıb. AFFA prezidentliyi və İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq:

 

AFFA prezidentliyinə namizəd

 

1. Rövşən Nəcəf – Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən

 

AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər

 

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən

2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən
4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən
5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən

 

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

 

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

 

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən

2. Leyla Xəlilova Rzazadə – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən