Son turda "Sumqayıt"ı 4:0 hesabı ilə məğlub edən "Qarabağ"da bütün futbolçulara istirahət verilib.

Rekord.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov hətta legionerlərə 3 günlük ölkələrinə getmək icazəsi də verib.

Bundan ilk yararlanan isə Abdulla Zubir olub və o, doğmalarını görmək üçün Fransaya yollanıb.