Qurban Qurbanov: “Hələ heç nə bitməyib”
- 08 Noy 2019 00:51
- 891
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirdikləri səfər oyununu şərh edib.
Rekord.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
“Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq. Futbol belə bir fərqli oyundu. Həm Bakıdakı oyunda, həm də bu gün rəqibdən daha çox qol epizodu yaratsaq da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik”.