"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun koronavirus testi müsbət çıxıb. "Rekord.az" xəbər verir ki, bu barədə "Səbail"lə matçın (1:1) oyunsonrası mətbuat konfransında komandanın məşqçisi Elçin Rəhmanov məlumat verib.

 

O qeyd edib ki, hazırda Qurbanov riskə getməyərək özünü təcrid edib. Baş məşqçinin növbəti testi 3 gündən sonra verəcək. Cavab neqativ çıxarsa, məşqçi iş başına dönə biləcək.

 

Bununla yanaşı, klubun tərcüməçisi Elvar Quliyevin də koronavirus testi müsbət çıxıb.