Dünən "Neftçi" ilə matçda qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyan "Qarabağ"ın futbolçusu Kevin Medina klub tərəfindən cəzaya məruz qalıb.

Rekord.az-a daxil olan məlumata görə, kolumbiyalı müdafiəçi baş məşqçisi tərəfindən bərk tənbeh olunub.

Bundan başqa növbəti ayın maaşının bir hissəsi də cəza olaraq ondan tutulacaq. Eyni zamanda, AFFA tərəfindən qırmızı vərəqəyə görə tətbiq olunacaq pul cəzasını da futbolçu özü ödəyəcək.