"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mərkəz müdafiəçisi axtarışına çıxıb.

Rekord.az-a daxil olan məlumata görə, buna səbən millinin heyətində Moldovaya qarşı oyunda zədələnən Bədavi Hüseynovun zədəsinin ciddi olması və 6 ay yaşıl meydançalardan kənar qalması ilə bağlı həkimlərin verdiyi açıqlamadır.

Buna görə də Qurbanov Konfrans Liqasında uğurlu çıxış üçün təcrübəli mərkəz müdafiəçisinin alınmasını vacib sayır.