Qurban Qurbanov: “Oyun düşündüyümüz kimi alındı”
- 22 Avq 2021 23:11
- 479
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, doğma meydanda 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Hesaba baxmayaraq, komanda xeyli əziyyət çəkdi. Bəzi rotasiyalar etmişdik. Belə çətin qrafik zamanı oyunlara hazırlaşmaq asan olmur. Birinin zədəsi olur, biri yorulur və s. Amma düşünürəm ki, qarşıda tam formalarını bərpa edəcəklər və bundan sonra daha rahat olacaq. Vacib 3 xal qazandıq. Oyun düşündüyümüz kimi alındı. Aftandil Hacıyevə uğurlar arzulayıram”.