“Biz zəif oynaya bilərik, inamlı olmaya bilərik, lakin biz meydandan döyüşsüz çıxa bilmərik”.

Rekord.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”u məğlub etdikləri oyundan (3:1) sonra geyinib-soyunma otağında futbolçularla söhbəti zamanı deyib.

Macarıstan klubuna qalib gələrək pley-offa yüksəldikləri üçün futbolçularını təbrik edən çalışdırıcı bildirib: “Biz udmağı da, onu qeyd etməyi də bacarmalıyıq. Meydanda sadə, ürəkli və cəsarətli olmalıyıq. Belə də olmalıdır. Çünki bu, “Qarabağ”dır. Çünki biz bütün ölkəni “Qarabağ”la təmsil edirik”.