I Qarabağ döyüşlərinin ən fəal iştirakçılarından biri olmuş, erməni dığalarına qan uddurması ilə ad çıxarmış Vaquf Əlisoy maraqlı açıqlama ilə yadda qalıb.

Rekord.az xəbər verir ki, Vaqif bəy "Omoniya" səfərindən öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla aralarındakı maraqlı söhbətə diqqət çəkib.

Sən demə, Qurbanov bu gün doğum gününü qeyd edəcək qazimizə qələbə sözünü veribmiş: "Qurbanla səfəröncəsi söhbətimiz oldu. Dedi ki, Vaqif müəllim, bilirəm ki , oktyabrın 1 - i ad günündür. Allaha şükür ki, Cəbrayıl da azad olunub və bundan sonrakı ad günlərini də orada keçirəcəksən. Mənim və  "Qarabağ "ın təbriki isə Kiprdən qələbə ilə qayıtmaq olar!  Bəli, Qurban, bundan gözəl təbrik olmaz! Mən də səni , komandanı və bütün Qarabağsevərləri təbrik edirəm".