Qurban Qurbanov: “Qrupdan çıxmaq bizim üçün çətinləşdi”
- 06 Noy 2020 00:17
- 506
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Türkiyədə “Sivasspor”a qarşı keçirdikləri səfər oyununu şərh edib.
Rekord.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:2 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları deyib:
“Sivasspor”u təbrik edirəm. Çox istəkli idik. Daha yaxşı oynaya bilərdik, amma qarşımızda yaxşı müdafiə xətti var idi. Rəqib sürətli hücuma çıxdı. Daha çox topa sahib olmaq istədik. Qrupdan çıxmaq bizim üçün çətinləşdi".