Sabah "Sumqayıt"la üz-üzə gələcək "Qarabağ" bu oyuna çox ciddi hazırlaşır.

Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi Qurban Qurbanov futbolçularına, xüsusilə müdafiəçilərinə rəqiblə bağlı xüsusi tapşırıq verib, onlardan son dərəcə diqqətli olmalarını tələb edib.

Qeyd edək ki, "Sumqayıt" son zamanlar həm də "Qarabağ" üçün çətin rəqib sayılır. Ağdam təmsilçisi III dövrədə bu rəqiblər Sumqayıtda 0:0 oynamışdı. Daha öncə yenə bu rəqiblə 2:2 oynamışdı.