Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Braqa” (Portuqaliya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Rekord.az xəbər verir ki, Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı fevralın 21-də saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.

Qonaq komandanın Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 20:30-da start götürəcək. Portuqaliya təmsilçisinin eyni arenada keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 21:30-da başlayacaq.

Media mənsubları media biletlərini və akkreditasiyalarını fevralın 21-i saat 10:30-dan 12:30-dək Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər.