Qurban Qurbanovun imtina etdiyi klubda yeni baş məşqçi
- 27 İyl 2020 23:59
- 627
Yeni mövsümdə Türkiyə Super Liqasında mübarizə aparmaq hüququ qazanan “Hatayspor”un yeni baş məşqçisi müəyyənləşmək üzrədir.
Rekord.az "NTV Spor"a istinadən xəbər verir ki, klub Ömer Erdoğanla razılığa gəlib.
“Hatayspor”un yeni idman direktoru Fatik Kavlak 43 yaşlı mütəxəssislə görüşüb və onunla razılıq əldə edib. Klubun bu təyinatı qısa zamanda açıqlaması gözlənilir.
Qeyd edək ki, Ö.Erdoğan bu mövsüm “Fatih Karagümrük”ü çalışdırıb və İstanbul təmsilçisi ilə 12 oyuna çıxıb. O, daha əvvəl "Bursaspor", "Eskişeherspor" və "Tuzlaspor"da baş məşqçi köməkçisi olub.
Xatırladaq ki, "Hatayspor" "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovu baş məşqçi vəzifəsinə gətirmək üçün danışıqlar aparsa da, 48 yaşlı mütəxəssis bu dəvəti qəbul etməmişdi.