Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” bu gün İsveç çempionatında növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, sözügedən komanda 17-ci tur çərçivəsində səfərdə “Myalbü” ilə qarşılaşıb.

Görüş "Yurqorden"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Musa görüşün 72-ci dəqiqəsində - komandası hesabda irəli olduğu zaman Joel Asoronun əvəzinə meydana daxil olub. Oyunda yeganə qolu da Asoro vurub.

“Yurqorden” bu nəticədən sonra turnir cədvəlində 33 xalla 4-cü pillədə qərarlaşıb.