![photo](https://www.rekord.az/storage/uploads/5/musa-qurbanli-7.jpg)
Qurbanlı oynadı, “Yurqorden” səfərdə uduzdu
- 13 Avq 2023 23:07
- 378
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” bu gün İsveç çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda 19-cu tur çərçivəsində səfərdə “Göteborq”la qarşılaşıb.
Görüş "Yurqorden"in 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Musa görüşün 88-ci dəqiqəsində meydana buraxılıb.
“Yurqorden” hazırda 33 xalla 4-cü pillədə qərarlaşıb.