Bildiyiniz kimi, bu yaxınlarda mətbuata açıqlama verən Riçard Almeyda yenidən “Qarabağ”a qayıtmaq, karyerasını bu klubda başa vurmaq istəyini büruzə vermişdi. Görünür Ərəbistanda istədiyi karyeranı qura bilməyən barziliyalı pula görə tərk etdiyi “Qarabağ”a qayıtmaq üçün qarmaq atıb.

Lakin Rekord.az-a daxil olan məlumata görə,  Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu açıqlamaya isti baxmayıb.

Belə ki, o, daha artıq maaş davası edərək klubu tərkl etmiş Almeydanın yenidən geri qayıtmasını istəmir.