
Qurbanov ondan narazıdır
- 28 Mar 2025 15:00
- 694
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qanalı hücumçu Emanuel Addaidən narazıdır.
Rekord.az-a daxil olan məlumata görə, buna səbəb hücumçunun ona göstərilən etimadı doğurulda bilməməsidir.
Bununla belə, Qurbanov yaya kimi Addaiyə şans verməyi düşünür. Əgər hücumçu bu şansdan da yararlana bilməsə, onunla yollar ayrıla bilər. Düzdür, futbolçunun 2025-ci iln yayına kimi müqaviləsi var. Bu mənada onu göndərsən, gərək təzminatını verəsən. Bu mənada futbolçu ilə dil tapıb münasib məbləğə razılığa gəlmək olar. Yox, futbolçu maliyyə məsələsində güsəştə getməsə, o zaman əvəzedici komandaya göndəriləcək.