Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Anastasiya Qurbanova Türkiyə çempionatında növbəti mərhələyə adlayıb. "Rekord.az" xəbər verir ki, bu ölkənin əsas çempionatında sonra gələn "Sigorta Shop Kadınlar 1. Ligi"ndə çıxış edən hücumçumuzun şərəfini qoruduğu "Adam Voleybol" pley-off mərhələsinin yarım finalına yüksəlib.

Voleybolçumuzun komandası ilkin etapda B qrupunda mübarizə aparıb. Bu mərhələdə keçirdiyi 20 oyunun 13-dən qələbə ilə ayrılan "Adam Voleybol" 36 xalla qrupda 4-cü yeri tutub. Yarım final mərhələsində mübarizə aparacaq daha 4 dörd komanda isə A qrupunda ilk dörd yeri tutan kollektivlərdir.

Qeyd edək ki, Qurbanovanın komandasının növbəti mərhələdəki rəqibləri "Bolu Belediyespor", "Karşıyaka" və "İstanbul BBSK" klublarıdır.