Qurbanovdan “Slaviya”nın heyətində iki qol
- 24 Okt 2021 16:41
- 441
Futbol üzrə Belarus çempionatında 27-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası “Slaviya” (Mozır) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Minsk”lə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 6:0.
Ruslan da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Mozır təmsilçisinin iki qolunu da Qurbanov vurub. O, 31-ci dəqiqədə komandasının ikinci, 83-cü dəqiqədə isə beşinci qoluna imza atıb.
“Slaviya” hazırda 27 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.