Futbol üzrə Belarus çempionatında 23-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Ruslan Qurbanovun komandası “Slaviya” (Mozır) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Brest “Dinamo”su ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Ruslan bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Slaviya” bu qələbədən sonra Belarus çempionatında 18 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.