![photo](https://www.rekord.az/storage/uploads/5/qurbanov-3.jpg)
Qurbanovun Polşadakı mətbuat konfransının vaxtı açıqlandı
- 23 İyl 2023 15:23
- 269
“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Rakuv”un (Polşa) qonağı olacaq.
Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ” iyulun 25-də saat 11:30-da Polşaya yollanacaq.
Qurban Qurbanovun iyulun 25-də yerli vaxt ilə saat 19:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransı başlayacaq. Media nümayəndələri üçün nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşq isə yerli vaxt ilə saat 20:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Miejski” stadionunda baş tutacaq.
“Rakuv” – “Qarabağ” matçı iyulun 26-da, saat 22:15-də başlayacaq.