Qusar rayonunda boks idman növü üzrə kütləvi idman tədbiri keçirilib
- 28 Sen 2024 18:00
- 205
Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində uşaq və yeniyetmələr arasında boks idman növü üzrə kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, məşqçi-müəllim Elşən Şükürov və 30 nəfər idmançı iştirak edib.
Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında boks idman növünü təbliğ etmək və rayonda inkişaf etdirilməsidir.