Qusar rayonunda yeniyetmələr arasında veloyürüş keçirilmişdir
- 17 Noy 2023 12:22
- 272
Qusar şəhər “Terrenkur” sağlamlıq cığırında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində yeniyetmələr arasında veloyürüş keçirilmişdir.
Rekord.az xəbər verir ki, yürüşdə 25 nəfər idmançı iştirak etmişdir.
Yürüşün keçirilməsində məqsəd yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, bu idman növünə marağının artırılması və rayonda inkişaf etdirilməsidir.